Yasamalda 18 yaşlı gənc bıçaqlanıb

  • By admin
  • 11 Oktyabr 2016 13:45

bicaq

Bakının Yasamal rayonunda 18 yaşlı gənc bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Şərifzadə küçəsində baş verib. 18 yaşlı İsabala Elxan oğlu Allahverdiyev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyat olunub. Həkimlər xəsarətin İ.Allahverdiyevin ürəyinidə zədələdiyini bildiriblər. Yaralı özü həkimlərə bildirib ki, küçə ilə gedərkən yıxılıb və nəticə ona şüşə parçası batıb. Lakin həkimlər yaranın xüsusiyyətinə görə, onun bıçaqla vurulma nəticəsində alındığını deyiblər.

Hadisə barədə polisə məlumat verilib.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Gununsesi.info