Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun 2-ci Alatava qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 35 yaşlı Azər Tağıyev yaşadığı məhəllədə bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib. Həkimlər üzərində bir bıçaq xəsarəti olan Azər Tağıyevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Gununsesi.info