Yasamalda dönərxana yandı - FOTOLAR

  • Müəllif: admin
  • 27 Oktyabr 2018 17:52

Bu gün Bakının Yasamal rayonunda Şərifzadə küçəsində fəaliyyət göstərən dönərxanada yanğın baş verib.

Gununsesi.az-ın xəbərinə görə, elektrik qapanması səbəbindən baş verən yanğının qarşısını orada çalışanlar və ərazidə xidmət keçən polis əməkdaşları ala bilib.

Yanğından mühafizə xidmətinin qrupu hadisə yerinə gələrək, yanğının yenidən başlamaması üçün tədbirlər görüb.

Obyektə bitişik digər mağazalarda da elektrik kəsilib.

Xatırladaq ki, bu hal eyni obyektdə birinci dəfə deyil ki, baş verir.

Gununsesi.az