Yasamalda köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib

  • By admin
  • 22 Aprel 2018 22:03


Paytaxtda liftdə köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək edib.

Gununsesi.info