Yasamalda yataqxanada yanğın olub - 20 NƏFƏR TƏXLİYƏ EDİLİB

  • By admin
  • 11 İyul 2017 11:08

yangin112

Bu gün Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının şaxtasında 2-ci mərtəbədən 5-ci mərtəbəyə qədər keçən kabel 25 p.m yanıb. 

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 20 nəfər bina sakini təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 10:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info