Yasamalda zirzəmidən qızıl oğurlayan şəxs saxlanıldı - FOTOLAR

  • By admin
  • 27 İyun 2016 16:21

db42222d-4b8e-4c1a-9a50-554b3b0e75f9

 

Bakının Yasamal rayonunda oğurluq edən şəxs saxlanılıb. Gununsesi.info xəbər verir ki, bir neçə gün bundan öncə iyun ayının15 rayonun Mirəli seyidov kücəsi ev 15 mənzil 117 zirzəmisinə qanunsuz daxil olaraq oradan qızıl zinyət əşyalarını oğurlayan şəxsi saxlayıbar. Məlum olub ki  sözü gedən cinayəti törədən şəxs Məqsəd Teymurovdur. Şübhəli şəxs kimi idarəyə gətirilən Məqsəd Teymurov cinayəti etiraf edib. Onun sözlərinə görə o uzun müddətdi idi  ki, küçələri gəzərək vətəndaşlardan dəmir aldığın deyir. Elə hadisənin baş verdiyi gündə dəmir axtara-axtara məhz Mirəli Seyidov küçəsinə gəlib çıxıb. Binanın zirzəmisinə dəmir axtarmaq üçün girdiyini deyən Teymur ordan daha  bahalı metallarla çıxıb. Sellofan torbaya bükülən qızılları cibinə qoyan Teymur Neftçilər metro stansiyası tərəfə gedib. Orada isə qızl dükanına girərək onu 3900 azn-ə satıb. Əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayan Teymur bu dəfə də dəmirlər görə dəmir barmaqlıqlar arasına gedəcək.

Faktla bağlı Yasamal rayon polis idarəsində araşdırma aparılır.

Gununsesi.info

 

009a4b8b-614f-4b09-960f-ed51668b0a2c

 

b9d8fa13-3a96-4f62-ada6-2de9fc26271e

 

f35fd184-f453-469d-afed-06343041f343