Yaşayış binası uçub - ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 04 Mart 2018 19:10

Polşanın Poznan şəhərində 4 mərtəbəli yaşayış binası uçub.

Gununsesi.info xəbər verir ki, binanın uçması nəticəsində 4 nəfər həlak olub, azı 22 nəfər isə xəsarət alıb. Xəsarət alanların 3-nün vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, binada qaz sızması səbəbindən partlayış baş verib.

Hazırda hadisə yerində xilasetmə işləri və axtarış aparılır.

Gununsesi.info