Yaşayış binasında faciə - 5 NƏFƏR YANARAQ ÖLÜB

  • Müəllif: admin
  • 27 Yanvar 2018 09:15

Rusiyanın Perm diyarında fərdi evdə güclü yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə region üzrə İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Hadisə yanvarın 27-ə keçən gecə İlyinsk qəsəbəsində qeydə alınıb.

Yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər yanaraq ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info