Yaşayış binasında faciə - 3 NƏFƏR YANARAQ ÖLÜB

  • Müəllif: admin
  • 22 Yanvar 2018 09:10

Gecə saatlarında Moskvanın mərkəzində yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər yanaraq ölüb.

Mənzillərdən birində qeydə alınan yanğın 30 kvadrat metr ərazini əhatə edib. Yanğın söndürüldükdən sonra sonra xilasedicilər mənzildə 3 nəfərin yanmış meyitini aşkarlayıblar.

İlkin məlumata görə, yanğına qısa qapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info