Yaşayış binasında partlayış olub - YARALILAR VAR

  • By admin
  • 11 Dekabr 2017 08:15

Gürcüstanın Batumi şəhərində 3 mərtəbəli evdə partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, nəticədə ikisi azyaşlı uşaq olmaqla 5 nəfər xəsarət alıb.

Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisə nəticəsində binaya və yaxınlıqdakı avtomobillərə ziyan dəyib. Xilasedicilər sakinləri təhlükəsiz əraziyə təxliyə edib.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. İnsidentin səbəbləri araşdırılır.

Gununsesi.info