Yaşayış evinin çardağı çökdü - YARALANAN VAR

  • Müəllif: admin
  • 13 Yanvar 2018 18:56

Bu gün Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bir nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət almış vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Gununsesi.info