Yaşayış məntəqələrinin qazlaşdırılmasına 100 milyon manat ayrıldı - SİYAHI

  • By admin
  • 05 Mart 2018 17:54

Son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, qaz təchizatı infrastrukturu yenidən qurulmuş, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılıb. 

Gununsesi.info xəbər verir ki, sərəncamda deyilir:

Əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 93 faizə çatdırılmış və bu önəmli strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilib.

Yaşayış məntəqələrinin qazlaşdırılması işini davam etdirməyin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100,0 (yüz) milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın (siyahı əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Sıra

№-si

Yaşayış məntəqəsi
Lənkəran rayonu
1 Mollakənd kəndi
2 Şovu kəndi
  Şəki rayonu
1 Çayqaraqoyunlu kəndi
2 Baş Küngüt kəndi
  Yevlax rayonu
1 Rüstəmli kəndi
2 Qaraməmmədli kəndi
  Ağcabədi rayonu
1 Biləyən kəndi
2 Şotlanlı kəndi
  Ağdaş rayonu
1 Orta Ləki kəndi
2 Aşağı Nemətabad kəndi
  Ağsu rayonu
1 Nuran kəndi
  Astara rayonu
1 Rinə kəndi
  Beyləqan rayonu
1 Əmirzeydli kəndi
  Bərdə rayonu
1 Hacıbəyli kəndi
2 Kafarlı kəndi
  Cəlilabad rayonu
1 Cəlayir kəndi
  Daşkəsən rayonu
1 Quşçu kəndi
2 Bayan kəndi
  Gədəbəy rayonu
1 Çaldaş kəndi
2 Səbətkeçməz kəndi
  Goranboy rayonu
1 Həmənli kəndi
  Göyçay rayonu
1 Kürdşaban kəndi
2 Şəkili kəndi
  Göygöl rayonu
1 Şəhriyar kəndi
2 Kərəmli kəndi
3 Çaykənd kəndi
  Xaçmaz rayonu
1 Krasnı Xutor kəndi
  İmişli rayonu
1 Aranlı kəndi
2 Qızılkənd kəndi
  İsmayıllı rayonu
1 Lahıc qəsəbəsi
2 Qaraqaya kəndi
3 Gəndov kəndi
4 Namazgah kəndi
  Kürdəmir rayonu
1 Qarasu kəndi
  Qax rayonu
1 Meşəbaş kəndi
  Qəbələ rayonu
1 Mıxlıqovaq kəndi
2 Kötüklü kəndi
  Qobustan rayonu
1 Şıxzahırlı kəndi
  Quba rayonu
1 Ərməki kəndi
2 Güneyməhlə kəndi
  Qusar rayonu
1 Piral kəndi
2 Cibir kəndi
  Lerik rayonu
1 Veri kəndi
  Masallı rayonu
1 Tatyanoba kəndi
2 Güllütəpə kəndi
  Neftçala rayonu
1 Ərəbqardaşbəyli kəndi
2 Cəngan kəndi
  Oğuz rayonu
1 Muxas kəndi
  Saatlı rayonu
1 Məzrəli kəndi
2 Azadkənd  kəndi
  Sabirabad rayonu
1 Yuxarı Axtaçı kəndi
2 Yastıqobu  kəndi
  Salyan rayonu
1 Düzənlik kəndi
2 Peyk kəndi
  Siyəzən rayonu
1 Qozağacı
  Şabran rayonu
1 Sumağava Qazma kəndi
2 Qorğan kəndi
  Şamaxı rayonu
1 Bağırlı kəndi
2 Ovçulu kəndi
  Şəmkir rayonu
1 Yeni Göyçə kəndi
2 Şəmkir şəhərinin “Sərxan” adlanan ərazisi
3 Qaracəmirli kəndində yeni massiv
  Tərtər rayonu
1 Soyulan kəndi
2 Hacallı kəndi
3 Alışarlı kəndi
4 Rəcəbli kəndi
5 Kövdadıq kəndi
6 Bildirçinli kəndi
7 Umudlu kəndi
8 Aşağı Qapanlı kəndi
  Tovuz rayonu
1 Hunanlar kəndi
2 Əhmədabad kəndi
  Ucar rayonu
1 Ramal kəndi
2 Əlikənd kəndi
  Yardımlı rayonu
1 Gavran kəndi
  Zaqatala rayonu
1 Bəhmətli kəndi
2 Lahıc kəndi
  Zərdab rayonu
1 Şıxbağı kəndi
2 Nəzəralılı kəndi
Məcburi köçkünlərin yaşadığı ərazilər üzrə
  3 rayonda 4 qəsəbə
  Ağdam rayonu
1 Ergi adlanan ərazidə salınmış qəsəbə (Ağdam, Şuşa və Laçından olan məcburi köçkünlər)
2 “Mirzələr” qış otlağı ərazisində salınmış yaşayış massivi (Şuşadan olan məcburi köçkünlər)
  Ağcabədi rayonu
1 Taxtakörpü adlanan ərazidə salınmış qəsəbə (Laçından olan məcburi köçkünlər)
  Sabirabad rayonu
1 Rüstəmli kəndinin ərazisində salınmış qəsəbə (Zəngilandan olan məcburi köçkünlər)

Gununsesi.info