Yaşayış minimumu 155 manat olacaq

  • Müəllif: admin
  • 01 Dekabr 2016 11:40
meclis 
Bu il ölkədə həyata keçirilən fiskal-büdcə siyasəti gələn il də davam etdiriləcək.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bank sistemində pozulmuş sabitlik, bir sıra bankların bağlanması, dollarlaşma meylləri, cari ilin ötən dövründə ÜDM-in azalması ölkənin üzləşdiyi yeni makroiqtisadi vəziyyətin mürəkkəbliyini göstərir: “Dayanıqlı iqtisadi inkişafın, artımın bərpa olunması üçün struktur və institusional islahatlar, bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi özündə maliyyə və valyuta bazarında sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin bərpa olunması, qeyri-neft sektorunun ixracının artırılması və idxalın əvəzlənməsi kimi tədbirləri özündə əks etdirir. Manat emissiyasının azaldılması manatın məzənnəsinə təzyiqlərinin azalmasına səbəb olacaq. Bizim məqsədimiz valyuta bazarında gərginliyi azaltmaqla makroiqtisadi sabitliyə nail olmaqdır”.
Nazir onu da əlavə edib ki,  bütün çətinliklərə baxmayaraq büdcəyə daxilolmalar artıq olacaq. “Bu daxilolmalar isə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin möhkəmləndirilməsinə yönəldiləcək. Bu daxilolamalar hesabına  ünvanlı sosial yardımların və ehtiyac meyarının artırılmasına yönəldiləcək. Buna görə də,  2017-ci ildə ehtiyac meyarı 105 manatdan 116 manat səviyyəsində,  yaşayış minimumu isə 14,5 fazi artırılaraq 155 manata, əmək qabliyyəti olan insanlar üçün 164,5 manata, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat səviyyəsində müəyyənləşdiriləcək”- deyə, nazir bildirib.
Mürtəza
Gununsesi.info