Yaşayış qülləsi həm də ekoloji missiyanı daşıyacaq - FOTO

  • By admin
  • 22 Avqust 2017 21:30

qulla

Çin Xalq Respublikasının “Penda” arxitektura bürosunun memarları yeni yaşayış qülləsinin-evinin layihəsini hazırlayıblar.

Gununsesi.info “novate.ru” saytına istinadla bildirir ki, ağac modullardan hazırlanmış evin hündürlüyü 62 metr olmaqla 18 mərtəbəlidir. Yaşayış sahəsi 4500 kvadratmetr təşkil edən evin hər mənzilində geniş eyvan var ki, burada kiçik bağça salmaq mümkündür.

Arxitektorların fikrincə, bağçada yetişdirilən bitkilər sakinlərə estetik zövq verməklə yanaşı, ətrafdakı havanın temperaturunu da nizamlaya bilər.

Ekoloji cəhətdən təmiz olan bu cür yaşayış binaları isə iri sənaye şəhərlərində tikilməlidir.

Gununsesi.info