Yaşıl yumurta bir ailənin taleyini dəyişdirdi - FOTOLAR

  • By admin
  • 01 İyul 2017 16:48

vitamin-degeri-yuksek-yesil-yumurta-uretti-simdi-9773419_4715_m

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sivas şəhərində aldığı 2 toyuğun yaşıl yumurta qoyduğunu görən Nurhan Doğan adlı ev xanımı bunu ticarətə çevirib. Nurhan bu toyuqların sayını 100-ə qaldırmaq niyyətindədir.

Şəhərin Karakayup kəndində yaşayan 3 uşaq anası 37 yaşlı Nurhan Doğan toyuğun yumurtasının hansı səbəbdən yaşıl olmasını araşdırmağa başlayıb. Məlum olub ki, yumurtanın bu rəngdə olmasının səbəbi tərkibindəki vitamin dəyərinin yüksək miqdarda olmasıdır.

Əvvəllər bu qəribə yumurtanı öz kəndində satan Nurhan sonradan şəhərkənarı bazarlara da göndərməyə başlayıb. Hazırda yaşıl yumurtaya olan tələbat o qədər yüksəkdir ki, ailə bu ehtiyacı ödəyə bilmir. Ailə bu biznesdən yüksək gəlir əldə edib.

vitamin-degeri-yuksek-yesil-yumurta-uretti-simdi-9773419_2350_m

 

vitamin-degeri-yuksek-yesil-yumurta-uretti-simdi-9773419_5355_m

Gununsesi.info