Yataqxanada yanğın - SAKİNLƏR TƏXLİYYƏ EDİLİB

  • By admin
  • 16 İyun 2017 20:57

fhn yangin masin

Sumqayıtda yataqxanada yanğın baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin ümumi dəhlizində yerləşən sahəsi 30 m2 olan mətbəxin yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 60 m2 sahədə əriyib. Yanğın zamanı 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən xilas edilib və 25 nəfər sakin təhlükəsiz əraziyə təxliyyə olunub.

Dəhlizin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info