Yay meyvələrini niyə yeməliyik?

  • By admin
  • 13 İyun 2020 17:24

Yay meyvələrinin hər birinin insan bədəninə ayrı faydası var. Alimlər fərqli mineral və vitaminləri almaq üçün miqdarını aşmamaq şərtilə meyvə yeməyin labüd olduğunu bildirir.

Milli.Az Axşam.az-a istinadən sizə yay meyvələrinin faydası haqda informasiya təqdim edir:

Çiyələk: Ən önəmli anti-oksidantlardan biridir. C vitamini ilə zəngindir. Bədən hüeyrələrini qoruyur. Xərçəng və ürək xəstəliklərinə qarşı mühafizəkardır. Eləcə də, dərinin yenilənməsində rol oynayır.

 

Ərik: Sarı meyvələr A vitamini və beta-karotendən ibarətdir. Bundan başqa, C vitamini, potasium və liflərlə zəngindir. Göz və ürək xəstəlikləri, ifrazat üçün faydalıdır.

Gilas: Vücudda yığışan mayeni atmağa kömək edir. Tərkibində potasium yüksək olduğuna görə ürək xəstəliklərindən qoruyur. Xolosterolu aşağı salır.

 

Üzüm: Təzəsi, qurusu və doşabı ilə bir çox faydası var. Liflər, C vitamini və potasiumdan ibarətdir. Çəyirdəyi antioksidantdır. Üzüm qabığındakı C və E vitamini isə xərçəngdən qoruyur.

 

Qarpız: Bu giləmeyvələr bol su, likopen və beta-karotenlə zəngindir. Xolosterol və prostat xərçənginin qarşısını alır. Həmçinin, qan dövranını sürətləndirir.

 

Gununsesi.org