Yazın trendi müəyyənləşdi: Hamı günəş sarısına bürünəcək

  • By admin
  • 02 Mart 2022 19:22

Bu yaz dizaynerlər bizi əlvan və şən rənglərə bürümək qərarına gəliblər. Bununla belə, mövsümün mübahisəsiz favoriti sarıdır.

Gununsesi.info xəbər verir ki, günəş sarısı dünyanın demək olar bütün lüks markalarının kolleksiyalarında qarşımıza çıxır.

Mariya Qrasiya Küri qızılı tonlara üstünlük verib. Diorun retro obrazlarındakı bu çalar kolleksiyanın oynaq əhval-ruhiyyəsini mükəmməl şəkildə vurğulayır. Sara Burton və Nikol Bronyano isə “Alexander McQueen” və “Blumarine”in yaz-yay kolleksiyaları üçün daha təmkinli sarı seçiblər. “Acne Studios” kostyumlarının parıltısı isə isti tonların dərəcəsini bir qədər azaldıb.

Maraqlıdır ki, parlaq rənglər altmışıncı illərin tendensiyası ilə birlikdə sürətlə irəliləyir. A kəsimli paltarlar, mini ətəklər və trikotaj köynəklər, eyni zamanda qısa toöp və beli aşağı cinslər bu yaz üstünlük təşkil edəcək. Əgər siz də keçmiş dəbin qayıdışından həyəcanlanırsınızsa, “Loewe” və “Nina Ricci” kolleksiyalarına baxın, rahat və dəbli görünmək istəyi arasında kompromisdən qaçmağa kömək edəcək.

Çətin kölgəni ram etmək üçün onu ağ, boz və bej tonlarla uyğunlaşdırmaq təklif olunur.

Gununsesi.info