“Yedim, yedim dibini yedim, vur, vur vaxt yetişir” - ELZA SEYİDCAHANIN YENİ ŞEİRİ

  • By admin
  • 26 Sentyabr 2017 11:48

102245

Əməkdar artist Elza Seyidcahan yeni şeirini paylaşıb.

Gununsesi.info xəbər verir ki, müğənni son şeirini Instagram hesabında paylaşıb.

Beləliklə, Elza Seyidcahanın yeni şeirini təqdim edirik:

Qazanım daşdı

kəfini yedim.

Qapağın açdım

üzünü yedim.

Yedim, yedim

dibini yedim.

Qazıb, qazıb

deşdim dibini

qazanın.

Kəfkirim azıb

dibi deşik qazandan

çıxdı havaya,

mən də baxdım

kəfkirdən

deşik-deşik dünyaya.

Qonaq olduq

həsrətini çəkdiyim

röyaya.

Buzlanmış

şaxtadan beynim

isti şorbayadır meylim.

Köhnə saat kəfkiri

çalırdı tamam.

Təzə dərdin yaşları

burnumdan daman.

Günahları içimdə

mən boğan adam.

Köhnə saat kəfkiri

vur, vur

vur əqrəbi

çalsın, çalsın.

Saniyələr səs salsın

burnum axır

fürsət baxır,

köhnə çaxır

vaxt yetişir

kəfkir vurur tamamı,

əqrəb çalır zamanı

səs düşəndə axanı

çəkin, udun,

silin, atın,

burnunuzdan pisləri

Köhnə saat kəfkiri

görür hissləri,

örtür bizləri.

Gununsesi.info