Yediyi tomat pastasından koronavirusa yoluxduğunu anladı

  • By admin
  • 02 Aprel 2020 11:45

Yeni Zelandiyada 23 yaşlı oğlan tomat pastası yeyəndən sonra koronavirusa yoluxduğunu anlayıb.

Gununsesi.org “Daily Mail”ə istinadən xəbər verir ki, Coşua Dent tomatın metalabənzər dad verməsinə görə koronavirusa yoluxduğundan şübhələnib.

Xəstəxanaya müraciət edən oğlanın testi pozitiv çıxıb.

O, xəstəliyin ilk əlamətlərini Avropa səyahətindən qayıdandan sonra hiss edib. Yolda burnu axıb və boğazı ağrıyıb. Sonra isə halsızlıq başlayıb.

Evə çatanda yediyi tomatın dadını hiss etməyən Dent başqa markadan olan eyni qidanın da dadını hiss etməyib. Maraqlı olan onun başqa qidaların dadında dəyişiklik hiss etməməsi olub.

Artıq sağalaraq evində karantində olan Dentin ilk gördüyü iş tomatlı sendviç yemək olub.

Gununsesi.org