
Tanınmış müğənni Yeganə Mürsəlovanın “Xəzər” TV-də yayımlanan “5/5” proqramında dediyi sözlər qalmaqal yaradıb.
Gununsesi.info xəbər verir ki, aparıcı Zaur Kamal ənənəvi olaraq gələn qonağı üçün şeir səsləndirib. Yeganənin tənqidə səbəb olacaq fikirləri də elə bundan sonra yaranıb. Zaur sənətçi üçün “5-6 aydan sonra İstanbuldan qovuldu. Rayona zəng vurdu, 100 manat pul göndərdilər. Avtobusla Bakıya çerez Naxçıvan gəldi” sözlərini işlədib.
Yeganə isə ona cavabında “Ömür boyu təyyarədə gedirəm, həm də biznes-klass. Niyə də biznesdə getməyək? Mən avtobusa yaraşıram? Utanmırsan?”, – deyib.
İzləyicilər isə sosial mediada Yeganəni hədəf alaraq onun ünvanına sərt sözlər söyləyib, müğənnini avtobusda gəzən insanlara yuxarıdan aşağı baxmaqda ittiham edib.
Mürsəlova “Instagram” hesabında video paylaşaraq yanlış anlaşıldığını bildirib:
“Verilişdən sonra özümü o qədər pis hiss edirəm ki… İnsanlar çox artıq-əskik sözlər yazırlar. Mən Zaurun haqqımda dediyi fikri yalanladım ki, avtobusa minməmişəm. Hər zaman təyyarə ilə gəlmişəm. Avtobusa, metroya minənlərə hörmətim var. Öz qohumlarım da bu nəqliyyat vasitələrindən istifadə edirlər. Bütün günü xalqın içindəyəm. Lazım gəlsə, taksiyə də, metroya da minərəm”.
Gununsesi.info











