Yeni baş nazir islahatlardan danışdı - "BİRGƏ APARACAĞIQ"

  • By admin
  • 21 Aprel 2018 12:58

“Vacib və ehtiyac olan sahələrdə birgə islahatlar aparacağıq”.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə namizədliyinin təsqidiqindən sonra etdiyi çıxışında deyib.

Baş nazir bildirib ki, indi Azərbaycan ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində özünün ən yaxşı dövrünü yaşayır: “Son illər Azərbaycan xarici və daxili siyasət sahəsində böyük uğurlar əldə edib. Çox xoşbəxtəm ki, eyni dövrə mən də şahid oluram”.

Mürtəza

Gununsesi.info