
Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci ilin dövlət büdcəsi yeni varinatda təsdiq edilib. Gununsesi.info-nun xəbərinə görə, neftin dünya bazarında qiymətinin artması səbəbi ilə büdcəyə yenidən baxan deputatlar Azərbaycanda dövlət büdcəsinin xərcləri 2 milyard manatdan çox artırıb. Beləliklə 2018-ci ilin büdcə xərcləri 23 milyard manata çatacaq.
Bəs görəsən, bu artımdan daha çox hansı dövlət qurumu yararlanacaq. Saytımzın araşdırması zamanı bəlli olub ki, 2 milyard 14 milyon manatlıq artımdan qazanan SOCAR olacaq. Belə ki, SOCAR (663 milyon manat nizamnamə kapitalının artırılması və əlavə 300 milyon manat subsidiya), alacaq.
Bundan başqa yeni artımdan FHN, Kənd Təsərrüfatı Nazirliyi də böyük pay alacaq.
Elm, təhsil xərcləri üçün isə yeni atıma görə əlavələr nəzərdə tutulmayıb.
Elmar
Gununsesi.info












