Zibillikdən yeni doğulmuş uşaq tapıldı +FOTO

  • By admin
  • 26 Mart 2018 17:16

Türkiyənin Adana vilayətində yeni doğulmuş körpə uşaq zibillik ərazidə çılpaq vəziyyətdə kağız üzərində tapılıb. Hadisə yerinə gələn sakinlər uşağı evlərinə aparıb geyindiriblər.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Adananın Seyhan qəsəbəsində baş vermiş hadisənin küçədə oynayan uşaqlar tərəfindən aşkar edilib. Belə ki azyaşlı uşaq Ahmet Sır səs gələn istiqamətə gedib və kağız üzərində çılpaq yeni doğulmuş uşağın olduğunu görüb. O dərhal yaxınlıqda olan qadınlara xəbər verib. Hadisə yerinə gələn Şəfiqə Tanırgan körpəni götürüb Hanım Yalyançın evinə aparıb. Xəbəri eşidən sakinlər X.Yalyançın evinə gəlib bu sözü dedilər:

“Heyvan belə balasını buraxmır”. Qadınlar gözyaşlarına boğuldu. Uşağın oğlan olduğu göbəyinin belə kəsilmədiyi məlum olub. Hadisə şahidləri uşağın bir qadın tərəfindən zibilliyə atıldığını deyiblər. Polis körpəni məhəllə sakinlərindən alaraq səhiyyə içilərinə təslim edib. Təcili yardım avtomobilinə aparılan uşaq müayinə edilib. Polis körpəyə ” Umut” adını verib. Uşaq Adana Şəhər Xəstəxanasına aparılıb. Körpənin Sevgi Evlərinə yerləşdiriləcəyi məlum olub. Yeni doğulmuş uşağı küçəyə atan qadın axtarılır.

Gununsesi.info