Yeni ildə plovdan zəhərləndilər - ÖLƏNLƏR VAR

  • By admin
  • 04 Yanvar 2018 19:30

Tacikistanda Yeni il bayramları zamanı bir neçə nəfər plovdan zəhərlənib.

Gununsesi.info xəbər verir ki, xəstəxanaya yerləşdirilən dörd nəfər sonradan həlak olub, daha bir neçə nəfərin vəziyyəti ağır olaraq qalır.

Aparılan araşdırmala nəticəsində məlum olub ki, zəhərlənməyə səbəb plova natrium-nitrat maddəsinin düşməsi səbəb olub.

Hazırda bu maddənin yeməyə necə düşməsi ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, natrium-nitrat sənaye müəssisələrində gübrə kimi istifadə olunur.

Gununsesi.info