Yeni ili hospitalda qarşılayan qazilər -Fotolar

  • By admin
  • 31 Dekabr 2021 21:52

Hərbi xidməti bitirməyinə 45 gün qalmış, noyabrın 16-da ermənilərin Kəlbəcər rayonunda törətdiyi təxribat nəticəsində ayağından və gözündən xəsarət alan əsgər Kamran Həsənov Yeni il bayramını hospitalda keçirir.

Gununsesi.info xəbər verir ki, bu gün həm də onun hərbi xidmətdə sonuncu günüdür.

Səhər saatlarında müdafiə naziri, general-polkovnik Zakir Həsənov Mərkəzi Klinik Hospitalda müalicə olunan hərbçiləri ziyarət edərək onların bayramını təbrik edib.

Kamran Həsənov da həmin hərbçilərdən biridir. K. Həsənovdan başqa burada onlarla hərbçi müalicə olunur.

Mayor Əli Məhərrəmli böyrək çatışmazlığı və digər onkoloji xəstəliklə bağlı ağır vəziyyətdə hospitala gətirilib. Burada 8 ay davam edən intensiv müalicədən sonra tam sağalıb.

Hərbçilər hospitalda yaradılan şərait və peşəkar tibbi xidmətə görə minnətdarlıqlarını bildiriblər.

Gununsesi.info