“Mercedes-Benz” yeni elektrikli “Mercedes-Maybach Vision 6” modelini ictimaiyyətə təqdim etdi.
Gununsesi.info autoreview.ru-ya istinadən xəbər verir ki, iki yerlik yeni elektrikli “Mercedes-Maybach” Art Decor stilində hazırlanıb və öz eleqantlığı ilə digər versiyalardan fərqlənir.
750 at gücünə malik, 250 km/saat sürətə malik yeni avtomobil 4 saniyə ərzində saatda 100 km sürəti yığa bilir.
Maşın batareya şarjı ilə 500 km birdəfəlik məsafə qət etmək imkanına malik olacaq. Maşının akkumlyatoru 100 km məsafə üçün beş dəqiqə ərzində doldura biləcək.
İkinəfərlik elektrikli “Maybach” avtomobili öz lüks görünüşü ilə seçilir. Bu ən böyük elektrikli avtomobil olacaq.
Bu avtomobilin “Rolls-Royce Wraith” və “Dawn”la rəqabətə girəcəyi gözlənilir.
Gununsesi.info