Yeni planet kəşf edildi – FOTO

  • By admin
  • 16 Sentyabr 2016 20:09

pl

 

Yer kürəsinə Günəşdən sonra ən yaxın olan planet kəşf edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, sözügedən planet Çilidən olan astronomlar tərəfindən aşkar olunub.

Çilidə yerləşən Astronomiya Mərkəzinin teleskopları vasitəsilə kəşf edilən planet dünyadan 176 milyon işıq ili uzaqda yerləşir. Yeni cismə “TW Hydrae” adı verilib.

Alimlər hesab edir ki, “TW Hydrae” Uran və Neptun planetlərinə bənzəyir. Hətta, “TW Hydrae” planetində canlıların yaşaması üçün imkanlar olduğu ehtimal edilir.

Astronomların əldə etdiyi məlumatlar “Astrophysical Journal Letters” elmi dərgisində yayımlanacaq.

Yaponiyanın “Ibaraki” Universitetinin alimi Takaşi Tsukagoshi isə qeyd edib ki, sözügedən planetdə canlıların yaşamasının mümkünlüyü araşdırılacaq. O, bununla bağlı ekspedisiya hazırlandığını qeyd edib.

 

 

Gununsesi.info