Yeni verilişdən böyük səs səda - FOTO

  • By admin
  • 01 Sentyabr 2016 18:16

yeni

Dünya Televiziyasında yayımlanan “Birlikdə” verilişi iyun ayından  ekranlara çıxmasına baxmayaraq artıq bölgələrin böyük rəğbətini qazanıb.

Gununsesi.info xəbər verir ki, müəllifi Ceyran Nəriman olan veriliş maraqlı qonaqları ilə izləyici diqqətini  cəlb etməyi bacarıb. Tez-tez aktyorları, məhşur müğənnilərimizi, böyük titullu idmançıları verilişinə dəvət edən aparıcılar Ceyran və Şəlalə Nərimanlar qonaqlarla sadəcə söhbət deyil əyləncəli oyunlar da keçirirlər. Həftədə bir dəfə tamaşaçı qarşısına çıxan yaradıcı heyət bu dəfə də izləyici üçün maraqlı proqram hazırlayıb. Mister İlhamla birgə illuziyalar aləminə düşəcək, bir sıra mahnıların müəllifi Arzu Abbasovanın maraqlı söhbətinin şahidi olacaq, Yaqut Nərimanın səsini dinləyə biləcəksiniz. Hər bazar 19:30 –da onlarla “Birlikdə” olun.

 

yeni1

Gununsesi.info