Yeni Yasamal qəsəbəsinə qazın nəqlı dayandırılıb? - "AZƏRİQAZ"DAN AÇIQLAMA

  • By admin
  • 14 Yanvar 2017 12:44

qaz

Yanvarın 14-ü səhər saatlarından etibarən, Bakının Yeni Yasamal qəsəbəsi ərazisində qazın nəqlı dayandırılıb.

Gununsesi.info-ya sakinlərin verdiyi xəbərə görə, bu cür hallar qəsəbədə tez-tez baş verir.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat rəhbəri İbrahim Kərbalayev isə Gununsesi.info-nun baş vermiş hadisəylə bağlı sorğusunu cavablandırarkən bildirb ki, sözügedən ərazidə təbii qaz verilişində fasilə yaranmayıb: “Əməkdaşlarımız həmin əraziyə baxış keçirib, lakin araşdırmadan sonra bəlli olub ki, ərazidə qazın verilməsiylə bağlı heç bir məhdudiyyət qeydə alınmayıb”- deyə, o, bildirib.

Gununsesi.info