
“Yeni Zellandiya hökuməti Arakanlı müsəlmanlarına 1,5 milyon dollar dəyərində humanitar yardım göndərcək”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Yeni Zelandiyanın xarici işlər naziri Qerry Brovnlee mətbuata açıqlamasında belə deyib.
Belə ki, Q.Brovnlee bildirib ki, Banqladeş sərhədinə sığınan Arakanlı müslümanlarına Beynəlxalq Qızıl Xaç humanitar yardım təşkilatı vasitəsiylə1,5 milyon dollar dəyərində yardım çatdırılacaq.
“Yardım paketinə ərzaq məhsulları, geyim və tibbi ləvazimatlar daxildir. Hazırda Yeni Zelandiya hökuməti, Arakan əyalətindəki zorakılıqdan və humanitar böhrandan dərin narahatlıq keçirir”, – deyə naziri əlavə edib.
Eyni zamanda Q.Brovnlee Myanmar hökumətindən vətəndaşların təhlükəsizliyini təmin etmək, zorakılığa son qoymaq və humanitar yardımların çatdırılması üçün lazımi tədbirlərin görməsini tələb edib.
Anar
Gununsesi.info












