Yeni Zelandiya göyərtəsində 50 nəfər olan bərənin axtarışını aparır

  • Müəllif: admin
  • 27 Yanvar 2018 09:55

Kiribati və Yeni Zelandiya xilasetmə xidmətləri Sakit okeanda itkin düşmüş bərənin axtarışını aparırlar.

Gununsesi.info xəbər verir ki, bərənin göyərtəsində 50 nəfər olub.

Qeyd edək ki, bərə dekabrın 18-də Nonouti adasının limanından çıxıb və dekabrın 20-də Kiribatinin paytaxtı Cənubi Taravaya gəlməli idi. Lakin bərə təyin olunmuş vaxtda gəlib çıxmayıb. Bərə ilə əlaqə kəsildiyinə görə, axtarışlar başlanılıb.

Gununsesi.info