Yeni Zelandiyada güclü zəlzələ oldu

  • By admin
  • 27 Sentyabr 2019 19:45

Yeni Zelandiyada 6,1 bal gücündə zəlzələ olub.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Kermadek adaları yaxınlığında baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib. Sunami xəbərdarlığı edilməyib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

 

Gununsesi.org