Yeniyetmə oğlan dəm qazından zəhərlənib

  • By admin
  • 14 Noyabr 2017 08:30

Gəncədə dəm qazından zəhərlənmə olub.

Gununsesi.info xəbər verir ki, şəhərin Sadıllı qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Bədəlov Abbas Elçin oğlu yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. O dərhal xəstəxanaya çatdırılıb.

Tibbi yardımdan sonra 14 yaşlı oğlanın səhhəti normallaşıb və o ambulator müalicəyə buraxılıb.

Gununsesi.info