Yeniyetmə qız dəm qazından boğuldu

  • By admin
  • 04 Noyabr 2017 20:31

Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənərək ölüb. 

Gununsesi.info xəbər verir ki,  hadisə Bakı fəhləsi küçəsindəki yeni tikilən evlərdən birində qeydə alınıb. 2003-cü il təvəllüdlü Abbasova Gülsüm Mahir qızı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. Ona dərhal tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info