Yerevanda silahlı qrup həkimləri girov götürüb

  • By admin
  • 27 İyul 2016 12:14

erevan

 

Yerevanda silahlı qrup onların tələbi ilə xəsarət alanlara yardım etmək üçün gəlmiş həkimləri girov götürüb.

Bu barədə Gununsesi.info TASS agentliyinə istinadən məlumat verir.

Həkimlərin azad edilməsi üçün danışıqlar aparılır.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvanda Daxili Qoşunların və polisin binasını ələ keçirib. Onlar müxalif “Təsis parlamenti” vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

Gununsesi.info