Yerevanın mərkəzi yolları bağlandı – Polis vətəndaşlarla toqquşdu

  • By admin
  • 25 Dekabr 2020 19:40

Ermənistanın paytaxtı Yerevanda polislə vətəndaşlar arasında toqquşmalar qeydə alınıb.

Etirazçılar Prşoyan küçəsindən Baqramyan və Myasnikyan küçələrinə gedən əsas yolları bağlayıblar.

Onlar parlament binası və prezident iqamətgahının yerləşdiyi əraziləri tutublar. Polislə toqquşmalardan sonra yolun bir hissəsi nəqliyyatın hərəkəti üçün açılıb.