Yevlaxda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

  • By admin
  • 08 Mart 2022 19:31

Yevlax rayonunda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Gununsesi.info-nun məlumatına görə, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü N.Bayramov Yevlaxda iş görən zaman ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik naqilinə toxunub.

Bu zaman elektrik cərəyanı onu vurub və N.Bayramov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info