
Yevlaxda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Yevlax rayonunun Gülövşə kəndində ümumi sahəsi 190 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 140 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info