Yevlaxda məktəblinin meyiti tapıldı

  • By Günel
  • 22 İyun 2025 09:45

İyunun 19-da Qarabağ suvarma kanalının Yevlax rayonu, Tanrıqulular kəndi ərazisindən keçən hissəsində batan vətəndaş – 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhan oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb.

Bu barədə Gununsesi.info-ya qurumun Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Yevlax rayonunda Yuxarı Qarabağ kanalında batan 9-cu sinif şagirdinin meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc-Axtarış Qrupu 2010-cu il təvəllüdlü, Mingəçevir şəhər sakini Hüseyn Sübhanoviç Rəsulovun cəsədini Tanrıqulular kəndi yaxınlığından keçən hissədə – batdığı yerdən təxminən 15 kilometr aralıda aşkar edərək sudan çıxarıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info