Yevlaxda torpaq zəbt edən şəxslərə cinayət işi açılıb

  • By admin
  • 18 Mart 2024 15:16

Yevlaxın Aran bələdiyyəsinə məxsus torpaq sahəsini zəbt edən Samux rayon   sakini Nuru Sultanov  barəsində cinayət işi başlanıb. Ancaq buna baxmayaraq o, Aran bələdiyyəsi tərəfindən vətəndaş Arif İbrahimova icarəyə verilmiş həmin ərazidə qalmaqal salır, fermer İbrahimovun özünü və digər yaxınlarını ölümlə təhdid edir. 

Bu barədə Gununsesi.info-ya həmin ərazidə mülkiyyət hüququ olan Kəlbəcər köçkünü Arif İbrahimov deyib.

Onun sözlərinə görə, Aran bələdiyyəsi tərəfindən ona icarə ilə verilmiş 20 ha torpaq sahəsinin bütün qanuni rüsumlarını ödəyib, Dövlət Əmlak Xidmətinin Daşınmaz Əmlak Kadastr və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ÇIXARIŞ alıb:

 

Buna baxmayaraq, iki ildir ki, öz torpaq sahəmizə girə bilmirdik. Hüquq-mühafizə orqanlarına müraciətlərimizə sonra buna nail olduq. Ancaq barəsində cinayət işi açılan Nuru Soltanov və bizə məxsus əraziyə qonşu yaşayan olan Fərəc Hacıyev adlı bir şəxs maneçilik törədir təxribat yaradır. Hər dəfə yerli polisin müdaxiləsi ilə onların təxribatlarının qarşısı alınıb”.

 

Arif  İbrahimov media vasitəsilə Nuru Soltanovun və digər şəxslərin qanunsuzluğuna qarşı ciddi tədbir görülməsini xahiş edir.

Aran bələdiyyəsinin sədri Əbülfət Rzayev də Nuru Sultanovun  və Fərəc Hacıyevin qanunsuz hərəkətlərini təsdiq edib: “Aran bələdiyyəsinin müraciəti olub. Bu şəxslərin torpaq zəbt etmələri ilə bağlı cinayət işi var”.

 

Elmar Elnuroğlu

Gununsesi.info