Yevlaxda yarımstansiyanın ərazisində yanğın olub - YANĞININ SƏBƏBİ NƏDİR?

  • By admin
  • 08 Sentyabr 2019 11:00

Gununsesi.org xəbər verir ki, Yevlax şəhərində “Azərişıq” ASC-yə məxsus 110 kVt olan yarımstansiyanın ərazisində baş verən qısa qapanma nəticəsində ümumi sahəsi 88 m² olan tikilinin içərisində 2 ədəd gücü 10 kVt olan qapalı paylayıcı qurğudan bir ədədi yanıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, tikilinin içərisində yerləşən 25 ədəd qoruyucu açarlar və 1 ədəd paylayıcı qurğu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

 

Gununsesi.org