Yevlaxda yük avtomobili həkimi vurdu

  • By admin
  • 17 İyun 2021 22:34

Yevlaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi. infonun məlumatına görə, “Atiko” markalı yük avtomobili yolu qarşı tərəfə keçmək istəyən, Yevlax rayon sakini, 1956-cı il təvəllüdlü Mamedov Tahir Yolçu oğlunu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada xəstəxanaya aparılıb.

Onun həkim olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi. info