Yıldırımla Medvedev arasında telefon danışığı oldu…

  • By admin
  • 01 Yanvar 2017 22:05

medvedev_yildirim_new

Rusiyanın baş naziri Dmitri Medvedev və onun türkiyəli həmkarı Binəli Yıldırım arasında telefon danışığı olub.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti açıqlama yayıb.

Dmitri Medvedev İstanbulda törədilən terror aktı ilə əlaqədar Binəli Yıldırıma başsağlığı verib.

“Tərəflər beynəlxalq terrorizmin təhdidlərinə qarşı birgə mübarizənin vacibliyini qeyd ediblər. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb”-deyə, məlumatda deyilir.

Qeyd edək ki, ötən gecə İstanbulda gecə klubunda törədilən terror aktı nəticəsində  39 nəfər ölüb, 69 nəfər xəsarət alıb.

Gununsesi.info