
Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 7-də Bakı şəhər sakini Fəridə Niftəliyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini İslam Bağırov saxlanılıb.
Anar
Gununsesi.info












