Yük avtomobili ilə minik maşını toqquşdu - 1 ölü, 3 yaralı

  • By admin
  • 13 Sentyabr 2019 13:04

Pirallahı qəsəbəsinin girişində yük avtomobili ilə minik maşını toqquşub.

Səhiyyə Nazirliyindən  Gununsesi.org-a daxil olan məlumata görə, qəza nəticəsində bir nəfər kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 3 nəfər Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən müayinə olunur. 3 nəfərdən birinin vəziyyəti ağır qiymətləndirilir. Həkimlər onu Təcili Tibbi Yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına aparıblar.
 
Gununsesi.org