Yük avtomobili qəzaya uğrayıb - YARALANAN VAR

  • Müəllif: admin
  • 30 Yanvar 2018 09:10

Yevlax rayonunda yük avtomobili qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib.

“TM AH 20 33 TR” dövlət nömrə nişanlı yanacaq daşıyan TIR yolun ortasındakı dairəyə çırpılıb. Qəza zamanı yük avtomobilinin benzin çəni deşilib və yanacaq yola tökülüb. Yerə yanacaq dağıldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yük maşınının sürücüsü, 1979-cu il təvəllüdlü Türkmənistan vətəndaşı Habidqullayev Təkmuhamməd Niyazməhəmməd oğlu xəstəxanaya aparılıb. Onun həyatına təhlükə olmadığı bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

Gununsesi.info