
Lənkəranda yük və minik avtomobilləri toqquşub.
Gununsesi.info xəbər verir ki, Ələt-Astara magistral yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində rayonun Gərmətük kənd sakini, 1956-cı il təvəllüdlü İsabala Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Həsənovun idarə etdiyi “Shacman” markalı yük maşını toqquşub. Nəticədə yük maşını kanala düşüb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı ekspertiza təyin olunub, araşdırma aparılır.
Gununsesi.info












