Yuk masini minik avtomobili ile toqqusdu - Xəsarət alanlar var +FOTOLAR

  • By admin
  • 07 Oktyabr 2016 16:02

gd2

Ağdam rayonunda ağır yol qəzası baş verib.

Gününsəsi.info xəbər verir ki, Hadisə rayonun Əfətli kəndi ərazisində qeydə alınıb. “VAZ-2106” markalı avtomobillə toqquşan yük “Qazel”i zərbənin təsirindən yolun kənarına aşıb. Hadisə yerinə dərhal rayon FHN-nin xilasediciləri və təcili tibbi yardım heyyəti gəlib. Xəsarət alan 4 nəfər Ağdam MRX-na çatdırılıb. Yaralılardan Kürdəmir rayon sakini 57 yaşlı Elxan Məmmədov və Ağdam rayon sakini Nemət Əliyevin müalicələri xəstəxanada davam etdirilir. Digər iki yaralı isə vəziyyətləri qənaətbəxş olduğundan ambulator nmüalicə üçün evə buraxılıblar. Qəzanın hansı səbəbdən baş verməsi isə polisin araşdırmasından sonra bəlli olacaq.

gd gd1

Gününsəsi.info