
Yunanıstanın Türkiyədə yerləşən baş konsulluq binasıda bu səhər çıxan yanğın nəzarət altına alınıb.
Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Türkiyənin İstanbul şəhərində yerləşən konsulluq binasıda çıxan və səbəbi hələ müəyyən olunmayan yanğının tamamilə nəzarət altına alınıb.
Belə ki, yanğına görə bağlanan səfirliyin qarşısındakı küçə də nəqliyyatın hərəkəti üçün açılıb.
Qeyd edək ki, yanğın zamanı konsulluq binasına ciddi ziyan dəyməyib. Eləcə də ətrafdakı binalar da yanğından zərər görməyib.
https://www.youtube.com/watch?v=y8E93ffJOf8&feature=youtu.be
Anar
Gununsesi.info